Kənd təsərrüfatına kredit qoyuluşu azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən Kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sektoruna qoyulmuş kreditlərin həcmi 568,6 milyon manat
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,6 milyon manat və
ya 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,7 milyon manat
və ya 1,2% azdır.




Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir