
Ötən il 18-29 yaş arasında olan 7 nəfər 60 və yuxarı yaşda şəxslərlə ailə həyatı qurub.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi bildirilib.
Qeyd edilib ki, 2020-2025-ci illər ərzində 18-29 yaş aralığında və 60 və yuxarı yaşda olan şəxslər arasında ümumilikdə 18 nikah qeydə alınıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib.Belə ki, 2024-cü ildə Azərbaycanda 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib.
60 yaşı ötmüş qadınlardan bəzilərinin özlərindən xeyli cavan kişiyə ərə getməsi isə əsl qeyri-adi hal sayıla bilər.
Belə ki, 2024-cü ildə yaşı 60-ı üstələyən 7 qadın 45-49 yaşlı kişilərə ərə gediblər.

