
Bakı.Trend:
Paytaxtın Binəqədi rayonu ərazisində nəqliyyat vasitəsinin idarə
edilməsin azyaşlıya həvalə edilib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər
araşdırılıb.
Məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü Telman
Rüstəmov nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə
edib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun
olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,
nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması
qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi
təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən
tələb olunur ki, bu kimi hallara qətiyyən yol
verməsinlər”,-məlumatda qeyd edilib.

