Ehtiram Quliyev 15 min cərimələndi

Baş səhifə

Bakı. Trend:

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubuna ümumilikdə 20 000
manat məbləğində cərimə tətbiq edib.

Trend xəbər verir
ki, bu barədə qurumun sonuncu iclasında qərar qəbul edilib.

Qərar Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda
– “Turan Tovuz” və “Zirə” komandaları arasında keçirilən
qarşılaşmada baş verən hadisələrlə bağlı qəbul olunub. Belə ki,
matç zamanı tovuzlu azarkeşlərin hakimlərə qarşı kütləvi şəkildə
təhqiramiz ifadələr işlətməsi klubun 5 000 manat cərimələnməsi ilə
nəticələnib.




Bundan əlavə, oyundan sonra “Turan Tovuz”un İdarə Heyətinin
sədri Ehtiram Quliyevi AFFA və onun qurumlarının nüfuzunu şübhə
altına alan açıqlamalar verdiyinə görə klub daha 15 000 manat
cərimə olunub.

Görüşdə “Zirə” komandasının 4 futbolçusu sarı vərəqə ilə
cəzalandırıldığı üçün paytaxt təmsilçisi də 700 manat məbləğində
cərimə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir