
Bakı. Trend:
“Liverpul”un qapıçısı Alisson Beker İtaliya A Seriyasına qayıda
bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Yuventus” braziliyalı qolkiperi
transfer etmək istəyir.
“Qoca sinyora” Alissona 3 illik müqavilə təklif etməyi
planlaşdırır. 33 yaşlı “əlcək sahibi” özü də A Seriyasına qayıtmağa
isti yanaşır.
Qeyd edək ki, “Liverpul” Alisson Bekeri 2018-ci ilin yayında “Roma”dan 72 milyon avroya transfer edib. Braziliya millisinin üzvü
bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 34
rəsmi matçda 36 qol vuraxıb. O, 13 qarşılaşmada qapısını toxunulmaz
saxlamağa bacarıb.

