
Bakı. Trend:
5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin
edilməsi üzrə arayışın verilməsi ilə bağlı yeni qaydalar
müəyyənləşir.
Trend-in əldə
etdiyi məlumata görə, 20 may 2026-cı ilə qədər Xidmətin Elektron
Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS)
inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.
İyunun 1-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi,
iyunun 22-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla
yeni iş axınının təqdim edilməsi və razılaşdırılması
planlaşdırılır.
Sentyabrın 9-na qədər isə xidmətin mygov platformasında
istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.
Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.

