
Bakı. Trend:
“Walt Disney” şirkəti azı min iş yerini ixtisar etməyi
planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir. The Wall Street Journal” qəzeti
məlumat yayıb.
İxtisarların yaxın aylarda həyata keçiriləcəyi bildirilir.
“Disney”də ümumilikdə 231 min nəfər çalışır. Onların təxminən 80%-i
əyləncə sahəsi ilə məşğul olan bölmələrdə, o cümlədən əyləncə
parkları və məhsul istehsalı istiqamətlərində fəaliyyət
göstərir.
Nəşrin qeyd etdiyinə görə, “Disney”in keçmiş baş icraçı
direktoru Bob Ayger 2022-ci ildə yenidən vəzifəsinə qayıdıb və
dərhal genişmiqyaslı təkrar strukturlaşdırma prosesinə başlayıb. Bu
proqram çərçivəsində 8 mindən çox əməkdaş işdən çıxarılıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, gələcək ixtisar planları
Coş Damaronun şirkətin yeni rəhbəri vəzifəsinə təyin olunmasından
əvvəl hazırlanmağa başlanıb.

