Azad edilmiş ərazilərdə mobil rabitə və internet şəbəkəsi genişlənir

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələri 1 dekabr
2026-cı ilə qədər mobil rabitə və genişzolaqlı telekommunikasiya
xidmətləri ilə əhatə ediləcək.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı işləri Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi icra edəcək.




Məlumata görə, 2026-cı il ərzində işğaldan azad edilmiş
ərazilərdə məskunlaşdırılması nəzərdə tutulan 50 ədəd yaşayış
məntəqəsinin (rayon mərkəzləri, qəsəbə və kəndlər) mobil rabitə və
genişzolaqlı telekommunikasiya xidmətləri ilə əhatə edilməsi
nəzərdə tutulur.

Respublika üzrə genişzolaqlı telekommunikasiya xidmətləri ilə
təmin edilən abunəçi sayının 300 min artırılması məqsədilə
aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə
işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi
planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir