
Bakı. Trend:
Livanın birbaşa danışıqlara başlamaq müraciətlərinə cavab
olaraq, İsrail hakimiyyəti bu addımı atmaq qərarına gəlib.
Trend-in
məlumatına görə, bu barədə İsrail baş naziri Binyamin Netanyahu
deyib.
“Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə
etdiyi çağırışları nəzərə alaraq, dünən Nazirlər Kabinetinə mümkün
qədər tez Livanla danışıqlara başlamağı tapşırdım”, – deyə o
bildirib.
Onun sözlərinə görə, danışıqların mövzusu “Hizbullah”
hərəkatının tərksilah edilməsi və İsrail ilə Livan arasında dinc
münasibətlərin qurulması olacaq.

