Rutte: NATO Hörmüz boğazında sərbəst keçidin təmin edilməsinə kömək edə bilər

Baş səhifə

“NATO Hörmüz boğazından sərbəst keçidin təmin edilməsi üçün dəstək verə bilər”.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Ronald Reyqan Fondu İnstitutunda çıxışı zamanı bildirib.

O, qeyd edib ki, 34 ölkədən ibarət koalisiya artıq Hörmüz boğazından sərbəst keçidin təmin edilməsi üçün tədbirlər görmək imkanlarını müzakirə edir.

“Düşünürəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edə bilirsə, əlbəttə ki, edəcək. Kömək etməmək üçün heç bir səbəb yoxdur. Əgər faydalıdırsa, biz bunu mütləq edəcəyik. Amma düşünürəm ki, bunu addım-addım etməliyik. Çünki NATO-da bu, bütün müttəfiqlər arasında razılaşmalar tələb edir”, – Rutte deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir