Qazaxda avtomobil piyadanı vuraraq öldürdü

Baş səhifə

Bakı.Trend:

Qazax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, hadisə aprelin 9-da saat 17 radələrində baş
verib.

Belə ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlunun idarə
etdiyi “BMW” markalı avtomobil şəhərin Səməd Vurğun küçəsində
hərəkətdə olarkən yolu keçən piyada – 1952-ci il təvəllüdlü
İsmayılov Faiq Məcid oğlunu vurub.




Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində
həyatını itirib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir