“Dərnəgül” dayanacağından son görüntülər (FOTO/VİDEO)

Baş səhifə

Bakı.Trend:

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək “Dərnəgül” dayanacağında tikinti işləri başa çatmaq üzrədir,
ətrafda abadlıq işləri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata
əsasən, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərin
istifadəsinə veriləcək. Dərnəgül ərazisində yaşayanlar rahat
şəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı Dəmir
Yolu vağzalına və Xırdalana səfər edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi
dəmiryol marşrutu üzrə Dərnəgül dayanacağının tikintisinə 2025-ci
ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 ədəd
platforma, 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi inşa
edilib.




ADY-nin “Dərnəgül” dayanacağından son görüntüləri təqdim
edirik:

FOTO: Arif Quluzadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir