Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin
verilişində fasilə yaranacaq.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.




Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata
keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat
13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar
Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir