Azərbaycanda cərimələr üçün minimum hədd təklif olunur

Baş səhifə

Bakı. Trend:

Cinayət Məcəlləsində bir sıra maddələr üzrə konkret cərimə
məbləğlərinin minimum həddləri müəyyənləşdirilməlidir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü
plenar iclasında deyib.

Yeni dəyşiklikdə dövlət vəsaitindən təyinatı üzrə istifadə
edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin
dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100
faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə
tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında
dəyişir.

Millət vəkili bildirib ki, yeni dəyişikliklər ilə fiks cərimə
mexanizmdən faiz meyarına keçidi reallaşdırır:




“Təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin
minimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət
vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə
cərimələrin minimum məbləği müəyyənləşə bilər. Təklif edirəm ki,
müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət
vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda
törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti
ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə
olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan
mərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkret
rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum
tərəfindən müyyənləşdirilə bilər”.

Deputat xatırladıb ki, dəyişikliklərdən biri bu yuxarıda nəzərdə
tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin
dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamilə
ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır:

“Cinayət Məcəlləsi ilə xeyili miqdarda ziyan 50-250 min manat
arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan
kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra
MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik
məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın
məbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misli
arasında dəyişir, külli miqdarda olan ziyan isə minimum əmək
haqqnın 625 mislindən baslayan rəqəmlərlə ifadə olunur. Ona görə,
bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və
həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına
şamil olunmaması təklif edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir