AİB Azərbaycan hökuməti ilə aqrar sektorda əməkdaşlıqda maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın kənd təsərrüfatı
sektorunda iştirak etmək məqsədilə hökumətlə əməkdaşlıqda
maraqlıdır.

Bu barədə Trend-in
sualını cavablandıran AİB-in Azərbaycan üzrə direktoru Suniya
Durrani-Camal Bakıda “Asian Development Outlook 2026” icmalının
təqdimatı zamanı bildirib.

“Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatçısıdır və
xarici bazarlara çıxarılan bir sıra keyfiyyətli məhsullara
malikdir. Eyni zamanda ölkə ərzağın müəyyən hissəsini idxal edir.
Məlum olduğu kimi, hazırkı münaqişə (Yaxın Şərq münaqişəsi – red.)
kontekstində qiymət artımının gözlənildiyi sahələrdən biri
gübrələrdir. Bu isə öz növbəsində Azərbaycanda kənd təsərrüfatı
istehsalının xərclərinin artmasına gətirib çıxaracaq və ərzaq
inflyasiyasının güclənməsi kanallarından birinə çevriləcək”, – deyə
o qeyd edib.




Durrani-Camal bildirib ki, Azərbaycan bəzi kənd təsərrüfatı
məhsullarını qonşu ölkələrdən idxal edir. Bu baxımdan kartof və
digər məhsulların qiymət artımı ərzaq inflyasiyasına əlavə təsir
göstərə bilər. Onun sözlərinə görə, qısamüddətli perspektivdə, o
cümlədən istehsal xərclərinin artımı fonunda inflyasiyanın
sürətlənəcəyi gözlənilir.

“İstehsal xərcləri artacaq, idxal olunan ərzaq məhsullarının
qiymətləri də yüksələcək. Bizim iştirakımıza gəldikdə, hazırda su
sektoruna investisiya qoyuruq, çünki su kənd təsərrüfatının əsas
elementidir. Söhbət su təchizatı, çirkab suların təmizlənməsi və su
çatışmazlığı problemlərinin həlli ilə bağlı layihələrdən gedir.
Kənd təsərrüfatında birbaşa iştirakımızı özəl sektor əməliyyatları
vasitəsilə həyata keçiririk. Hökumətlə hələlik investisiyalar
reallaşdırılmayıb, lakin aqrar sektora daxil olmaqda maraqlıyıq və
bu il ərzində belə imkanları araşdırmağı planlaşdırırıq”, – deyə o
əlavə edib.

“İstehsal xərcləri artacaq, idxal olunan ərzaq məhsullarının
qiymətləri də yüksələcək. Bizim iştirakımıza gəldikdə, hazırda su
sektoruna investisiya qoyuruq, çünki su kənd təsərrüfatının əsas
elementidir. Söhbət su təchizatı, çirkab suların təmizlənməsi və su
çatışmazlığı problemlərinin həlli ilə bağlı layihələrdən gedir.
Kənd təsərrüfatında birbaşa iştirakımızı özəl sektor əməliyyatları
vasitəsilə həyata keçiririk. Hökumətlə isə hələlik investisiyalar
reallaşdırılmayıb, lakin aqrar sektora daxil olmaqda maraqlıyıq və
bu il ərzində belə imkanları araşdırmağı planlaşdırırıq”, – deyə o
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir