Vladikavkazda güclü partlayış baş verib

Baş səhifə

Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.

“Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.

Hadisənin səbəbləri və mümkün zərərçəkənlər barədə əlavə məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir