ABŞ və Britaniya liderləri Hörmüz boğazının gələcəyini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

İran, ABŞ və İsrail arasında müvəqqəti atəşkəsin davam etməsi
fonunda Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti
Donald Trump Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə
ediblər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin
rəsmi saytında məlumat dərc olunub.

Liderlər Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı
telefon danışığı aparıblar.

“Bu axşam baş nazir Qətərdən prezident Trampla danışıb. Baş
nazir Fars körfəzi ölkələrinin liderləri və regionun hərbi
strateqləri ilə apardığı danışıqlar barədə məlumat verib. Bu
danışıqlarda Hörmüz boğazında gəmiçilik azadlığının bərpasının
zəruriliyi, eləcə də Böyük Britaniyanın tərəfdaşları bir araya
gətirərək real fəaliyyət planı hazırlamaq cəhdləri müzakirə
olunub”,- məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər atəşkəsə nail olunduqdan və boğazın
açılması barədə razılaşma əldə edildikdən sonra növbəti mərhələyə-
həll yollarının axtarışına keçilməsinə dair razılaşıblar.




“Liderlər gəmiçiliyin ən qısa zamanda bərpası üçün praktik
planın hazırlanmasının vacibliyini müzakirə ediblər. Onlar yaxın
zamanda daha bir görüş keçirmək barədə razılığa gəliblər”,-
məlumatda vurğulanır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir