
Bakı. Trend:
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.
Trend xəbər
verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi məlumat yayıb.
Məlumata görə, Dövlət ümumi təhsil müəssisələrində müddətsiz
müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində
keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq
müraciət edə bilərlər.
Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək
davam edəcək.

