DSX-nin elit hərbçilərinə beret verildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsində “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər
təqdim olunub.

Bu barədə Trend
DSX-dən məlumat verilib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışında bildirib
ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən
ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini
keyfiyyətcə yeni mərhələyə yüksəldib və bu strategiyanın tərkib
hissəsi olaraq DSX-nin maddi-texniki bazası müasir tələblərə uyğun
şəkildə gücləndirilib.




Bildirilib ki, DSX-nin şəxsi heyəti müasir dövrün tələblərinə
uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr
kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin “Çevikçi” kursunu
bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə
onların peşəkarlığının, döyüş hazırlığının və vətənə sədaqətinin
rəmzidir.

Beretləri qəbul edən hərbi qulluqçular dövlətçilik ideyalarına
daim sadiq qalacaqlarına, vətənin müdafiəsinə hər an hazır
olacaqlarına, bu amal uğrunda canlarını və qanlarını
əsirgəməyəcəklərinə and içiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir