
Bakı. Trend:
“Azpetrol Ltd” MMC şirkəti 2025-ci ildə də ölkənin ən çox vergi
ödəyən şirkətləri sırasında 38-ci yerdə olaraq “Top 100” vergi
ödəyicisi siyahısına daxil olub.
Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf
və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha
təsdiqləyib. 2025-ci ildə “Azpetrol Ltd” tərəfindən ödənilən vergi
məbləği 32,6 milyon manat təşkil edib.
Xatırladaq ki, “Azpetrol Ltd” MMC şirkəti 2024-cü ildə də ən çox
vergi ödəyən şirkətlərdən biri olaraq fərqlənmiş (ödədiyi 29 milyon
manat vergi məbləğilə 44-cü yeri tutmuşdu) və dövlət büdcəsinə
əhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdə
mövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlı
dəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davam
edir.
“Azpetrol LTD” MMC -nin bu prosesdə fəal iştirak etməsi onların
yalnız iqtisadi deyil, həm də sosial məsuliyyət prinsiplərinə sadiq
olduqlarını göstərir. Şirkət, vergi öhdəliklərini vaxtında və
şəffaf şəkildə yerinə yetirməklə yanaşı, biznes etikasına uyğun
fəaliyyət göstərir və cəmiyyət qarşısında məsuliyyətli mövqeyini
davamlı olaraq qoruyub saxlayır.
Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz.

