“Arzuların melodiyası” adlı konserti keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan soydaşımız, Norveç
Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən
Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri,
bəstəkar və musiqiçi Arzu Rzayevanın “Arzuların melodiyası” adlı
konserti keçirilib.

Trend xəbər
verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna
Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə baş
tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif
Seyidbəyov milli-mədəni dəyərlərimizin və musiqimizin beynəlxalq
səviyyədə tanıdılmasında Arzu Rzayeva kimi yaradıcı şəxslərin
fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Milli
musiqimizin, dilimizin və mədəni irsimizin qorunmasında diaspor
nümayəndələrinin rolunu yüksək qiymətləndirib.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin
Azərbaycan mədəniyyətinin təbliğində, gələcək nəsillərə
ötürülməsində əvəzsiz olduğunu diqqətə çatdırıb.

Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil
olunduğunu qeyd edərək, soydaşımıza gələcək fəaliyyətində uğurlar
arzulayıb.




Məşhur dirijor, Xalq artisti Ağaverdi Paşayev tələbəsi Arzu
Rzayevanın uğuruna çox sevindiyini bildirib, bu cür konsertlərin
davamlı təşkilinin vacibliyini söyləyib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən, Əməkdar artist
Sahib Paşazadə konsertin milli-mənəvi dəyərlərimizin qorunmasına
böyük töhfə verdiyini dilə gətirib.

Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva isə Arzu
Rzayevanın bəstələrində vətənə və torpağa sevginin xüsusi yer
tutduğunu bildirib.

Bəstəkar Arzu Rzayeva konsertin ərsəyə gəlməsinə göstərilən
dəyərli dəstəyə görə minnətdarlığını ifadə edib.

Konsertdə Azərbaycan musiqi ənənələrinə əsaslanan bəstələr böyük
maraqla dinlənilib və gur alqışlarla qarşılanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir