
Bakı. Trend:
“HD Hyundai Heavy Industries” şirkəti dəniz daşımalarının
dekarbonizasiyası istiqamətində mühüm addım ataraq, dünyada ilk
dəfə ammonyak yanacağı ilə işləyən gəmini təqdim edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Gəminin tikintisinin başa çatması və ona ad verilməsi mərasimi 9
aprel 2026-cı il tarixində keçirilib. Gəmi tam şəkildə ammonyakla
işləyir və neft mənşəli yanacaqdan istifadə etmir. Bu isə ona
karbon qazı emissiyaları olmadan fəaliyyət göstərməyə imkan verir
ki, bu da qlobal dənizçilik sənayesində ekoloji tələblərin
sərtləşdiyi bir dövrdə əsas şərtlərdən biridir.
Yeni gəmi əməliyyat səmərəliliyini azaltmadan daha sərt ekoloji
standartlara uyğunlaşmağa kömək edə biləcək növbəti nəsil həll kimi
təqdim olunur. Gəmi iki yanacaqlı sistem üzrə layihələndirilib ki,
bu da zərurət yarandıqda ammonyakla ənənəvi yanacaq arasında keçid
etməyə imkan verir.

