
Bakı. Trend:
Aprelin 12-dən 14-dək Türkiyənin Antalya şəhərində güləş üzrə
“Zəfər kuboku” keçiriləcək.
Güləş Federasiyasından Trend-ə bildirilib ki, U-17 yaş qrupu üzrə təşkil
olunacaq turnirdə Azərbaycanı sərbəst və yunan-Roma güləşi üzrə
millilər təmsil edəcək.
Əli Cavadlı, Əli Musayev (hər ikisi 45 kiloqram), Ömər Salmanov,
Yusif Mirzəyev, Ümid Babayev (hamısı 48 kiloqram), Abdurrahman
Hüseynli, Hüseyn Mustafazadə (hər ikisi 51 kiloqram), Qurban
Məcnunov, Amin Məmmədov (hər ikisi 55 kiloqram), Elmir Çərkəzov,
Elmir Abdulla (hər ikisi 60 kiloqram), Orxan Həbibli, Nihad
Məhərrəmov (hər ikisi 65 kiloqram), Nadir Həsənov, Əli Məmmədov,
İbrahim Babayev (hamısı 71 kiloqram), Ruslan Nuriyev, İsfahan
Həsənov, Zəka Yusubov (hamısı 80 kiloqram), Zöhrab Səfərov (92
kiloqram), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədli
(hamısı 110 kiloqram) yunan-Roma güləşində uğur qazanmağa
çalışacaq.
Sərbəst güləş üzrə yığmanın tərkibində isə Tunar Həsənov (45
kiloqram), Hüseyn Rzazadə (48 kiloqram), İbrahim Həsənov (51
kiloqram), Abbas Şəfiyev (55 kiloqram), Vahid Məmmədov (60
kiloqram), Rəşid Nazarov (65 kiloqram), Tunar Quliyev (71
kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (92
kiloqram) və Hakim Tağıyev (110 kiloqram) yer alacaq.
Ənənəvi yarışda II dərəcəli hakim Xəyal Əliyev ədaləti
qoruyacaq.

