ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

Baş səhifə

Bakı. Trend:

Pakistanda İranla danışıqlara hazırlıq görüldüyü bir vaxtda ABŞ
potensial əməliyyatlar üçün Yaxın Şərqə əlavə qüvvələr
yerləşdirməyə davam edir.

Trend xəbər verir ki, bu
barədə “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə
istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlar bölgəyə yeni qırıcı və hücum
təyyarələri göndərilib. Bundan əlavə, ABŞ ordusunun elit 82-ci
Hava-Desant Diviziyası tərkibindən 1500–2000 arası hərbçinin yaxın
günlərdə bölgəyə çatdırılması gözlənilir.




“USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət
edən hərbi gəmilər martın sonlarında Virciniya ştatındakı Norfolk
Hərbi Dəniz Bazasından yola düşərək hazırda Atlantik okeanındadır.
11-ci Dəniz Ekspedisiya Bölməsini daşıyan “USS Boxer” isə martın
ortalarında Kaliforniyadan çıxaraq hazırda Sakit okeandadır.

Hər iki hərbi qrupun Yaxın Şərqə çatmasının bir həftədən artıq
vaxt aparacağı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir