
Bakı. Trend:
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris bildirib ki,
2028-ci ildə keçiriləcək prezident seçkilərinə qatılma variantını
nəzərdən keçirir.
Trend xəbər verir ki, o, bu
barədə Nyu-Yorkda keçirilən forumda çıxışı zamanı danışıb.
Məlumata əsasən, Harris artıq yeni seçki kampaniyasının
başlanğıcı kimi dəyərləndirilən bəzi addımlar atıb.
Qeyd edək ki, 2024-cü ilin yayında o, debatlarda zəif çıxış edən
Co Baydenin yerinə prezidentliyə namizəd olmuş, lakin seçkilərdə
Donald Trampa uduzmuşdu.
ABŞ-də növbəti prezident seçkilərinin 2028-ci ilin noyabrında
keçirilməsi planlaşdırılır.

