“Mançester Siti” Markus Bettinelli ilə bağlı qərar verib

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” mövsümün sonunda müqaviləsi başa çatan Markus
Bettinelli ilə bağlı qərar verib.

Trend xəbər verir ki, Premyer
Liqa nəhəngi ingiltərəli qolkiperin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




33 yaşlı “əlcək sahibi” ilə 2027-ci ilin sonuna kimi nəzərdə
tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, “Mançester Siti” Markus Bettinellini mövsümün
əvvəlində “Çelsi”dən 2,4 milyon avroya transfer edib. İngiltərə
millisinin sabiq üzvü “şəhərlilər”in heyətində rəsmi oyunlarda
meydana çıxmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir