Tramp Ağ Evin yüksəkvəzifəli şəxslərini əfv etmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp vəzifəsindən ayrılmazdan əvvəl
administrasiyasının bütün yüksəkvəzifəli şəxslərini əfv etmək
niyyətini bir daha təkrarlayıb.

Trend xəbər verir ki, bu
barədə “The Wall Street Journal” məlumat yayıb.

Tramp bununla gələcəkdə onları mümkün təqiblərdən qorumağa
çalışacağını bildirib.




O deyib: “Oval Ofisə 200 fut (təxminən 60 metr) yaxın olan hər
kəsi bağışlayacağam”.

Nəşrin müəllifləri vurğulayıblar ki, Tramp Ağ Evdən ayrılmaq
barədə danışarkən 2029-cu ildə prezidentlik müddətinin başa
çatmasını nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir