Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyində
dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və
icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test
imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

Trend-in əldə
etdiyi məlumata görə, bəzi şəxslər müsabiqənin imtahan
mərhələsindən azad ediləcəklər.




Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında
xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər
dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan,
hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim
işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

İmtahan informasiya texnologiyalarından istifadə etməklə
elektron formada keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir