Azərbaycanda neft qiymətlərinin həftəlik İCMALI

Baş səhifə

Bakı. Trend:

Bu həftə Azeri Light CIF, Urals və Dated Brent markalı neftin
orta qiymətləri azalıb, Dated Brent üzrə isə qiymətlər artıb.

Trend-in
məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından
hasil edilən Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftə
ilə müqayisədə 6,71 ABŞ dolları və ya 5% azalaraq bir barel üçün
126,5 ABŞ dolları təşkil edib. Məlumata əsasən, həftə ərzində bu
markalı xam neftin ən yüksək qiyməti 140,68 ABŞ dolları, minimal
qiyməti isə 119,98 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı
neftin orta qiyməti bir barel üçün 121,04 ABŞ dolları təşkil edib
ki, bu da ötən həftə ilə müqayisədə 5,42 ABŞ dolları və ya 4,3%
azdır. Həftə ərzində maksimal qiymət 134,58 ABŞ dolları, minimal
qiymət isə 114,84 ABŞ dolları olub.




Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə
4,7 ABŞ dolları və ya 4,7% azalaraq bir barel üçün 95,69 ABŞ
dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 109,26 ABŞ
dolları, minimal qiymət isə 89,38 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti isə 131,80 ABŞ dolları
təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 1,66 ABŞ dolları və
ya 1,3% artım deməkdir. Həftə ərzində maksimal qiymət 144,42 ABŞ
dolları, minimal qiymət isə 124,68 ABŞ dolları olub.

Neft/tarix

06.04.2026

07.04.2026

08.04.2026

09.04.2026

10.04.2026

Orta qiymət

Azeri LT CIF

$140.68

$120.44

$125.03

$119.98

$126.5

Azeri Light FOB Ceyhan

$134.58

$114.89

$119.88

$114.84

$121.04

Urals (EX NOVO)

$109.26

$89.38

$94.81

$89.50

$95.69

Dated Brent

$144.42

$124.68

$131.97

$126.11

$131.80

Qeyd edək ki, Böyük Britaniya birjası bayram günü ilə əlaqədar
aprelin 6-da işləməyib, ona görə həmin tarixi aid məlumatlar dərc
olunmayıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir