Gəncə prospektində sürüşmə baş verib

Baş səhifə

Bakı. Trend:

Son günlər Abşeron yarımadasında müdahidə olunan intensiv
atmosfer çöküntülərinin düşməsi nəticəsində Gəncə prospekti, 29/35
ünvanında sərt yamacda səthi yuyulma prosesləri nəticəsində sürüşmə
hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin
idarə heyətinin sədri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, proses lokal xarakterli olub,tikinti
mərhələsində yamacın səthi kəsilmiş hissəsində nisbətən yumşaq
süxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində
baş verib:




“Bu gün səhər saatlarında 3-4 kub həcmində süxur kütləsinin
islanaraq yamac boyu uçması hesabına sürüşmə hadisəsi qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndələri tərəfindən ərazidə araşdırmalar
aparılır, eyni zamanda əhali məlumatlandırılır”.

Qeyd edək ki, bu gün Qubada Aydınkənd kəndində sürüşmə hadisəsi
baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir