İran-ABŞ danışıqları fonunda gəmilər Hörmüzdən keçməyə başlayıb

Baş səhifə

Bakı. Trend:

İslamabadda İran və ABŞ arasında planlaşdırılan danışıqlar
fonunda Hörmüz boğazından bir neçə gəmi keçib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Fars körfəzindən boğaza doğru daha bir neçə yük
gəmisi istiqamət alıb.




Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla
iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə,
tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və
Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəli sürülmüş
10 maddəlik təklifləri “işçi əsas” kimi nəzərdən keçirir. Amerika
administrasiyasının rəhbəri bildirib ki, qərar İranın Hörmüz
boğazını açmağa hazır olması şəraitində qəbul edilib.

Tehranda isə öz növbəsində bildiriblər ki, İslam Respublikasına
qarşı zərbələr endirilmədiyi təqdirdə müdafiə xarakterli hücumları
dayandırmağa razıdırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir