İran müharibəsi qlobal smartfon bazarını çökdürüb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci rübündə qlobal smartfon tədarükləri Yaxın
Şərqdəki gərginlik və yaddaş komponentlərinin çatışmazlığı fonunda
illik müqayisədə 6% azalıb.

Trend xəbər verir
ki, bu barədə tədqiqat şirkəti olan “Counterpoint Research” məlumat
yayıb.

Analitiklərə əsasən, azalmanın əsas səbəbi yaddaş
istehsalçılarının əsasən süni intellekt məlumat mərkəzlərinin
tədarükünə fokuslanması olub. Əlavə təsiredici kimi Yaxın Şərqdəki
münaqişə fonunda istehlakçı əhval-ruhiyyəsinin pisləşməsi
göstərilir.




Bu şəraitdə “Apple” tarixində ilk dəfə olaraq ilin birinci
rübündə qlobal smartfon bazarına liderlik edib, 21% paya sahib olub
və tədarüklərini 5% artırıb.

“Counterpoint Research” şirkətin uğurunu premium mövqeləndirmə,
yaxşı qurulmuş təchizat zənciri və Çin bazarında güclü nəticələrlə
izah edir. Belə ki, 2026-cı ilin ilk doqquz həftəsində Çində
“iPhone” satışları 23% artıb.

Digər yandan , “Samsung” tədarükləri illik müqayisədə 6% azalsa
da, 20% bazar payı ilə ikinci yeri qoruyub saxlayıb. İstehsalçının
göstəricilərinə “Galaxy S26” modelinin təqdimatının təxirə
salınması və büdcə seqmentində zəif nəticələr mənfi təsir
göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir