Bu xalq Netanyahudan yardım istədi

Baş səhifə

Suriyanın cənubundakı Əs-Süveyda şəhərində druz icmasının iştirakı ilə etiraz aksiyası keçirilib.

Modern.az xəbər verir ki, bu barədə “Strana.co.il” məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları Dəməşqlə əlaqələrin kəsilməsini və regionun müstəqillik qazanmasını tələb ediblər.

Bildirilir ki, etiraz son günlər Suriyadan İsrail istiqamətində həyata keçirilən atəş fonunda baş tutub. Aksiya zamanı bəzi iştirakçılar İsrail bayraqları qaldırıb, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahuya aid fotolar nümayiş etdiriblər.

Qeyd olunur ki, iştirakçılar regionun statusunun dəyişdirilməsi ilə bağlı çağırışlar səsləndiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir