İsrail Livanda itki verdi

Baş səhifə

Livanın cənubunda baş verən toqquşma zamanı İsrail ordusunun iki hərbçisi yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Bildirilib ki, hərbçilər silahlılarla qarşıdurma zamanı qəlpə yaraları alıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Yaralılar dərhal xəstəxanaya təxliyə olunub, ailələrinə məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir