
Bakı. Trend:
İntensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması
ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və
infrastrukturun bərpası istiqamətində tədbirlər həyata
keçirilir.
Trend xəbər
verir ki, görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı
sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid
yolları palçıq və lildən təmizlənərək yuyulur.
Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv
tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər
ünvanlanıb.
Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

