
Bakı. Trend:
Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev hələ də su
altında qalmaqdadır.
Trend rus
mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə
Hallar Nazirliyinin (MÇS) mətbuat xidməti məlumat yayıb.
“Regionun beş bələdiyyə qurumunda doqquz yaşayış məntəqəsi hələ
də su altında qalır: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə
və 76 avtomobil yolu sahəsi”, – məlumatda bildirilir.
Qurumdan əlavə edilib ki, daşqınlarla əlaqədar təşkil edilmiş 16
müvəqqəti sığınacaqda 524 nəfər qalır, onlardan 175-i
uşaqlardır.
Xatırladaq ki, martın 28-də və aprelin 4-5-də yağan güclü
yağışlar Dağıstanda genişmiqyaslı daşqınlara və torpaq
sürüşmələrinə səbəb olub. Respublika rəhbərliyi Mahaçqala,
Xasavyurt, Buynaksk, Dağıstan Odları və Kaspiysk şəhərlərində,
eləcə də Dərbənd, Qarabudaqxent, Xasavyurt, Qumbet, Babayurt,
Novolak və Kaytaq rayonlarında fövqəladə vəziyyət rejimi elan edib.
Daha sonra regionda federal səviyyəli fövqəladə vəziyyət rejimi
tətbiq olunub.

