Putinin elan etdiyi Pasxa atəşkəsi qüvvəyə mindi

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.

Modern.az xəbər verir ki, atəşkəs aprelin 11-i Moskva vaxtı ilə saat 16:00-dan başlayıb və 12 aprel gününün sonuna qədər davam edəcək.

Qeyd edək ki, Putin aprelin 9-da bu barədə qərar qəbul edib. O, Rusiya müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova qeyd olunan müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir