
Ağdam. Trend:
Ağdam şəhərində bədbəxt hadisə baş verib.
Trend-in yerli
müxbirinin məlumata görə, işğaldan azad edilmiş ərazidə aparılan
tikinti işləri zamanı 1990-cı il təvəllüdlü Babayev İlkin Mahir
oğlu həyatını itirib.
Belə ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum
deyil.
İlkin ehtimallara görə, ölüm istehsalat zamanı baş verən bədbəxt
hadisə nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma başlanılıb. Müvafiq qurumlar hadisənin
səbəblərini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.

