
Bakı. Trend:
ABŞ Hörmüz boğazındakı minaların təmizlənməsi prosesinə
başlayır.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Hazırda biz Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və
bir çox başqa ölkələr də daxil olmaqla, bütün dünya ölkələrinə xoş
niyyət jesti olaraq Hörmüz boğazının təmizlənməsi prosesinə
başlayırıq”, – deyə o bildirib.
O, həmçinin İranın Hörmüz boğazında yerləşdirdiyi 28 mina
qatının “dənizin dibində” olduğunu bildirib.

