
Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu
keçirilib.
Trend-in
məlumatına görə, günün ikinci görüşündə “Zirə” “Bank Respublika
Arena”da “Sabah”ın qonağı olub.
Matç 2:2 hesablı heç-heçə ilə bitib.
Bu nəticədən sonra “Sabah” 66 xalla turnir cədvəlində
liderliyini davam etdirir. “Zirə” isə 44 xalla 4-cüdür.
Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul
edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat
20:00-da başlayacaq.
Daha əvvəl “Şamaxı” – “Qarabağ” matçında qapılara qol vurulmayıb
– 0:0.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış
matçında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə üstələyib.

