İran nümayəndə heyəti danışıqlarda milli maraqları müdafiə edəcək – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İranın yüksək vəzifəli nümayəndə heyəti İranın maraqlarını tam
şəkildə müdafiə edir.

Trend-in
məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian “X”
sosial şəbəkəsində yazıb.

O, nümayəndə heyətinin bu istiqamətdə danışıqları cəsarətlə
aparacağını qeyd edib.




“Pakistanda iştirak edən yüksək vəzifəli İran nümayəndə heyəti
İranın maraqlarını tam şəkildə müdafiə edir və bu istiqamətdə
cəsarətlə danışıqlar aparacaq. Hər halda, xalqa xidmətimiz bir
dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsindən asılı
olmayaraq, hökumət xalqın tərəfində olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ
və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə
parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə
vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam
edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər
arasında iki həftəlik atəşkəs elan olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir