
Tərtər. Trend:
Ötən gecə Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb.
Trend-in yerli
müxbirinin məlumatına görə, Tərtər şəhəri ərazisində həmyerlisi
Nabil Aslanovu qətlə yetirən 1995-ci il təvəllüdlü Səfixan Nağıyev
polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində tutulub və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
xxx
00:30
Tərtərdə 27 yaşlı gəncin qətlində şübhəli bilinən şəxsin kimliyi
məlum olub.
Trend-in yerli
müxbirinin əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli
bilinən şəxs 1995-ci il təvəllüdlü Nağıyev Səfixan Fikrət
oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
xxx
23:57
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən
kafelərdən birində qeydə alınıb. İlkin məlumata əsasən, əslən Ağdam
rayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu
kafedə yeyib-içdikdən sonra naməlum şəraitdə bıçaqlanıb.
Müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı
Bərdə Diaqnostika Mərkəzinə aparılarkən yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları
tərəfindən araşdırma aparılır.

