
Bakı. Trend:
Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç
marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini
törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov,
Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların
marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər
oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları
məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

