Sabunçuda 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib

Baş səhifə

Bakı. Trend:

Bakının Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320
000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin
polisə müraciəti daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin
əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, paytaxt
sakini, 32 yaşlı Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.




Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova
qeyd edilən maddə ilə ittiham elan olunub və təqsirləndirilən şəxs
qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun
barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir