UBOC və COS “Neptun” qurğusunun “Ümid” yatağında fəaliyyətinin davam etdirilməsinə dair sənəd imzaladılar

Baş səhifə

Bakı. Trend:

UBOC və Caspian Oilfield Service (COS) arasında “Neptun”
özüqalxan qazma qurğusunun “Ümid” yatağında fəaliyyətinin 2027-ci
ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.

Bu barədə Trend
UBOC-a istinadən xəbər verir.

“Hazırda “Neptun” “Ümid” yatağının cənub qanadında SOCAR və “Ümid” yatağı tarixində ən dərin quyu olan 7,000 metrdən artıq
dərinlikdə sualtı qiymətləndirmə quyusunun qazılmasını davam
etdirir. Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata
keçirilən sualtı qazma əməliyyatıdır.




Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının
sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən
öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının
sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının
təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir.

“Ümid”in inkişafının növbəti mərhələsinə keçdiyimiz bu dövrdə
COS ilə əməkdaşlığımız nəticələrimizin əsas dayaqlarından biri
olaraq qalır”, – UBOC-dan bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir