
Bakı. Trend:
“Real” sabiq yarımmüdafiəçisi Toni Kroosu kluba qaytarmaq üçün
çalışır.
Trend “AS”a
istinadən xəbər verir ki, “kral kubu” dünya çempionunun idman
strukturlarının bir hissəsi olmasını istəyir.
İspaniya nəhəngi Kroosun klubun gündəlik əməliyyatlarına verdiyi
töhfənin, vəzifəsindən asılı olmayaraq, klubun inkişafına təsir
göstərə biləcəyinə inanır.
“Real”ın prezidenti Florentino Peresin keçmiş oyunçunun geri
qayıtması üçün şəxsən çalışdığı, lakin əməkdaşlığın
təfərrüatlarının hələ dəqiqləşdirilmədiyi vurğulanır.
Kroos 2014-cü ildən 2024-cü ilə qədər “Los Blancos”da oynayıb və
sonra karyerasını başa vurub.
Bu müddət ərzində yarımmüdafiəçi beş dəfə Çempionlar Liqasını,
dörd dəfə isə İspaniya liqasının titulunu qazanıb.

