
Bakı. Trend:
Salyan rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı iki
nəfər xəsarət alıb.
Trend xəbər verir ki, hadisə
Ələt-Astara avtomobil yolunun Salyan rayonu Kürsəngi kəndi
ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı xəsarət
alanlar Natəvan Adil Qızı Qardaşxanova və Nuranə Cabir Qızı
Qardaşxanova Salyan Rayon Mərkəzi Xəstəxanasına
yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

