
Bakı. Trend:
İslamabadda ABŞ və İran arasında Anlaşma Memorandumu ABŞ
tərəfinin hərəkətləri səbəbindən imzalanmayıb.
Trend-in
məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“İslamabad memorandumunun imzalanmasına az qalmış, [amerikalı
həmkarlarımızın] maksimalizmi, şərtlərin daim dəyişməsi və sərtliyi
ilə qarşılaşdıq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, İran ABŞ ilə vicdanla danışıqlar aparıb və
İslamabada “son 47 ildə ən yüksək səviyyəli nümayəndələr”
göndərib.

