
Bakı. Trend:
Yaponiya hələlik özünümüdafiə qüvvələrinin ABŞ-nin təşəbbüsü ilə
Hörmüz boğazının blokadasına qoşulub-qatılmayacağına qərar
verməyib.
Trend-in
məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabineti Minoru Kixara
deyib.
“Özünümüdafiə Qüvvələrinin göndərilməsi ilə bağlı hələlik heç
bir qərar verilməyib”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 12-də ABŞ prezidenti Donald Tramp “Fox
News”a verdiyi müsahibədə bəzi NATO ölkələrinin Hörmüz boğazı
məsələsində Vaşinqtona kömək etmək niyyətində olduğunu
bildirib.

