“PAŞA Bank” investorlarına minimum 30-40% dividend vəd edir

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank” investorlarına hər il minimum 30-40% dividend
ödəməyi planlaşdırır.

Trend xəbər
verir ki, bunu bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı
Murad Süleymanov səhmlərin satışının başlanmasına həsr olunmuş
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dividend ödənişi səhmdarların qərarından
asılı olsa da, bank minimum 30-40% səviyyəsində ödənişləri
hədəfləyir:

“Son 2-3 ildə təxminən 60% ətrafında dividend ödənişi etmişik.
Səhmdarlara sözümüz minimum 30-40%-dir”.




M.Süleymanov əlavə edib ki, növbəti dividend ödənişlərinin bu
ilin iyun-iyul aylarında həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, “PAŞA Bank” İlkin Kütləvi Təklif (IPO)
çərçivəsində səhmlərinin abunə yazılışına bu gün saat 11:00-dan
etibarən start verəcək. Bununla da səhmlər artıq hər kəs üçün açıq
olacaq. Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində
davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi,
adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə
qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış | səhmdir və
maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş
məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin
yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

İnvestorlar “PAŞA Bank”, “Birbank Invest”, həmçinin əsas
anderrayter “PAŞA Kapital”, “ABB Invest”, “Unicapital” və “Leobank”
platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə
bilərlər. Fiziki olaraq isə proses “PAŞA Bank”, “Kapital Bank” və “Unibank” filiallarında, eləcə də “PAŞA Kapital” ofisində
mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir